Statistika: 538 uşaq fiziki məhdudiyyətli olaraq dünyaya gəlib
05.03.2020 12:17Nəticələr ilin ilk 10 ayına olan göstəricilərdir.
Об этом сообщает Роспрес
A24.az Apa-ya istinadən xəbər verir ki, bunu nazir Səlim Müslümov bildirib.
“Bu ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud uşaq statusu verilmiş uşaqların sayına baxdım və təəssüflər olsun ki, onların içində fiziki qüsurla doğulan uşaqların xüsusi çəkisi böyükdür. Söhbət təqribən 15%-dən gedir. Bu dövr ərzində 538 fiziki qüsurlu uşaq doğulub. Bu, onunla əlaqədardır ki, qohumluq əlaqələri ilə evlənmələrin sayı hələ də çoxdur. Bundan başqa, erkən yaşda nikaha girən qızların sayı çoxdur, erkən yaşda dünyaya uşaq gətirmə hallarının sayının çoxluğunu da qeyd etməliyəm”, – deyə əmək və əhalinin sosial mudafiəsi naziri vurğulayıb.
Qyd edəki ki, Səlim Müslümov dövlətin bununla bağlı tədbirlər görürdüyünü vuğulayıb. “Bu əsasən özünü 1 yaşına qədər olan uşaqlar arasında ölüm hallarının kəskin olaraq azalmasında göstərir. Bu da əlilliyi olan uşaqların sayının azalacağına bizim ümidlərimizi artırır” deyə nazir qeyd edib.

