Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Stress qorxulu xəstəliyə yol açır – TƏHLÜKƏ

05.03.2020 12:18

Stresin, bədəndə ən bəsit ağrıların əmələ gəlməsindən, xərçəng kimi ən ağır xəstəliklərə qədər  yol açdığı məlum olub.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, stresin təsirləri ilə bağlı aparılan araşdırmalar hər zaman davam etdirilir. Hər gün bu problemin psixi və fizioloji cəhətdən orqanizmimizdə törətdiyi mənfi təsirlərin sayı artmasın. Son araşdırmalar bu qabarıq siyahıya xərçəng xəstəliyini də daxil edib. Araşdırmaya görə, stres xərçəng xəstəliyinin bədəndə yayılmasını 6 dəfə sürətləndirir. Siçovullar üzərində keçirilən təcrübələr bunu göstərib.

Xərçəng, bütün dünyada geniş yayılan xəstəliklərdən biridir.  Elm adamlarının bu xəstəliklə bağlı apardığı araşdırmalar göstərir ki,  yaş , cinsiyət, genetik təsirlərdən başqa, ətraf təsirlər də xərçəngin yaranmasına səbəb olan amillərdir. Belə ki, geniş yayılan siqaret istifadəsi, hava kirliliyi və radiasiya kimi faktorlardan başqa, stresin də xərçəngin əmələ gəlməsində böyük payı olduğu görülüb.

Qeyd edək ki, xərçəngin bütün tipləri, bədənimizdəki hüceyrələrin yaranması zamanı meydana çıxır.  Hüceyrələrin bölünərək çoxalması zamanı baş verən səhv nəticəsində  bu hüceyrə qruplarının bir araya gəlməsi və kontrolsuz çoxalması şiş əmələ gəlməsinə səbəb olur. Bədxassəli kistalar isə xərçəng adlandırılır.