Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Stressin faydaları – SİYAHI

05.03.2020 12:18

Stress uğurlu olmağı təmin edir

Об этом сообщает Руспрес

 Kaliforniyada Berkli Universitetində aparılan araşdırmalara görə stressin yaranması beyin hüceyrələrinin böyüməsinə və  öyrənmə qabiliyyətinin artmasına səbəb olur.

Stressi gündəlik həyatımızda istər-istəməz yaşayırıq. Ancaq mütəxəssislər bəzi stressin sağlamlığa xeyirli olduğunu  bildirirlər.

 Cəmiyyətdə çoxları düşünür ki,  stress sağlamlığa ziyan vurur, amma…

 Mütəxəssislər, bu konsepsiyanın yanlış olduğunu və stressin çox olmadığı vaxtlarda, stressi məhv etmək üçün sərf edilən səyin orqanizmə daha çox zərər verdiyini vurğulayıblar.

 Beləliklə A24.Az portalı Milliyet-ə istinadən stressin bizə verdiyi faydaları təqdim edir.

 İş həyatınızda uğurlu olmağınızı təmin edir

Stressin çoxluğu  əlbəttə ki, zərərlidir, amma insanları arxayın olmamağa sövq edir. Arxayın olub  uğur pillələrini qalxan insanların sayı çox azdır.

Bu səbəblə də stressi maddi və mənəvi uğur təmin edəcək hərəkətverici qüvvə kimi qəbul etməkdən imtina edin.

 Yaddaşı gücləndirir

 Stress beyin hüceyrələrinin normadan iki dəfə artıq  böyüməsinə səbəb olur, bu da yaddaşa müsbət təsir edir.

 Professor Kauferin bununla bağlı açıqlaması var:  Bir heyvan digər bir yırtıcı heyvandan qaçmağı bacarsa, bu hücumun harada və nə zaman olduğunu heç vaxt unuda bilməz. Beləcə insan gələcəkdə də tətikdə olar. Beynimizin stress anında güclü yaddaşa malik olmasının səbəbi də budur.

 Yaxşı stress xəstəliklərin qarşısını alır

 Uzun müddət və davamlı olaraq beyninizi məşğul edən stress sağlamlığınıza əlbəttə ki, mənfi təsir edər. Amma yaxşı stress qısa müddətlidir.

 Qısa müddətli stress zamanı  ifraz olunan hormonların immun sistemini gücləndirdiyi, beləliklə də bir çox xəstəliyin inkişafını əngəllədiyi məlum olub.

Vüsalə Əlövsətqızı, A.24.Az