Su ilə gələn şöhrət və qazanılan milyon dollarlar
05.03.2020 12:18Su kristallarının gözəl fikir və sözlərdən, musiqidən təsirləndiyi ilə bağlı bir çox fərziyyələr irəli sürülür.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, Masaru Emoto bu mövzu ilə bağlı apardığı araşdırmalarla məşhur olaraq yazdığı kitablardan və şəfalı olduğunu söylədiyi sulardan milyon dollarlar qazanıb. Bəs Emotonun irəli sürdüyü iddia doğrudur?
Bildiyimiz kimi suyun müsbət fikir və səslərə gözəl reaksiya verdiyi, bu zaman su kristallarının gözəl şəkillərə büründüyü, digər tərəfdən pis səs və fikirlərə məruz qalan suyun kristallarının isə pis formaya düşdüyü iddia edilir. Hətta bu iddianın Dr.Masaru Emoto tərəfindən aparılan su kristallarının sınağı ilə isbatlandığı deyilir.
Belə ki, Dr.Masaru Emoto adını dünyaya su kristalları ilə bağlı apardığı sınaqlarla çatdırıb. İddiasına görə, Emoto müxtəlif qablarda olan sulara ağır rok, klassik musiqi və ilahilər oxutdurub. Daha sonra bu suları donduraraq kristallarına baxıb. Emoto bu araşdırmanın nəticələrinə əsasən musiqinin təsiri ilə su kristallarının görünüşündə əlaqə olduğunu iddia edib. Məsələn, duanın oxunulduğu su gözəl simmetrik şəkil aldığı halda, ağır rokun oxudulduğu su kristalı çirkin şəkil alıb.
Bundan sonra Emoto insan düşüncələrinin su üzərindəki təsirlərini araşdırmağa başlayır. İddiası ilə insan düşüncələrinin də su kristalları üzərində təsirinin olduğunu isbatlayır. Lakin iddiası ilə qane olmayan Emoto içərisində su olan müxtəlif qabların üzərinə fərqli sözlər yazıb və yaranmış vəziyyəti görüntüləyib.
Emotoya görə üzərində “eşq” və “təşəkkür” kimi sözlər yazıldığı zaman qabın içərisindəki su qar kristalları kimi simmetrik və gözəl görünüşlü olur. Lakin pis sözlərin yazıldığı suyun kristalalrı isə çikrin görünüş alır. Bundan başqa su təhdid dolu sözlərlə qorxudulduğu zaman su kristallarının qorxmuş şəkil aldığını iddia edib.
Firuzə Alimova / A24.az

