Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Subay oğlana boşanmış gəlin almaq olarmı?

05.03.2020 12:18

Mentalitetimizin həll edə bilmədiyi qəribə  bir məsələ var: Boşanmış oğlana boşanmış gəlin almaq olar, amma subay oğlana boşanmış gəlin almaq bizim mentalitetə uyğun deyilmiş. Məntiqsiz yanaşma tərzidir.
A24.Az xəbər verir ki, “Facebook” istifadəçilərindən birinin  bu statusu sosial şəbəkədə böyük müzakirə doğurub.
Baxaq situasiyaya:
“Demək, boşanmış gəlini almaq üçün oğlan 1 dəfə evlənib boşanmalıdır ki, boşanmış gəlinlə evlənsin. Yoxsa “halallıq” olmaz.  Oğlu boşanmış gəlin sevərsə və onunla evlənmək istəyərsə, valideynlər “olmaz, o başqa kişinin artığıdır, başqasının arvadı olub” kimi ifadələr işlədirlər. Amma oğlu da boşanmış olarsa və boşanmış gəlinlə evlənərsə o zaman susurlar və oğlanlarına subay deyil, boşanmış gəlin axtarırlar, o zaman heç başqa kişinin artığı olmağı yadlarına düşmür. İl 2017- bizim sosial şəbəkə trendimiz isə hələ də  ailədaxili qarşıdurmalardır”.
 

Об этом сообщает Футляр от виолончели