Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sudanda evində ölü tapılan rus səfir Şirinski kimin maraqların tuş gəlib? – VİDEO

05.03.2020 12:18

Ötən gün çıxan xəbərlərdə Rusiyanın Sudandakı səfiri Hartum şəhərində öz evində ölü tapıldığı bildirilib. Ölüm səbəbləri hələ də araşdırılan səfirin yüksək qan təzyiqindən əziyyət çəkdiyi və ürək çatışmazlığından vəfat etdiyi güman edilir. Lakin bu səbəblərin nə dərəcədə düzgün olub-olmaması isə siyasət aləmində sual doğurur. Çünki son zamanlar Rusiya səfirlərin xarici ölkələrdə öldürülməsi və ya ölüm hallarının artması şühbə yaradan məqamlar arasındadır.

Об этом сообщает Роспрес

Məsələ ilə bağlı “A24.az”a açıqlama verən politoloq Qabil Hüseyinli də bu məsələdə şübhə yaradan nüansların olduğunu və Rusiyaya inanmadığını bildirdi:

“Doğurdan da Rusiyanın xarici ölkələrdəki səfirləri çoxmənalı şəkildə qətl edilir. Təkcə, Sudan və Türkiyədə yox, başqa bir neçə ölkədə də Rusiyanın səfirlərinin, yaxud konsullarının öldürülməsi barədə məlumatlar yayılmışdı. Hətta Rusiya tərəfindən meyitlərin ekspertizası və nəticələri barədə məlumatlar, demək olar ki, yayılmır.

Bundan başqa, təxminən 1-2 ay bundən əvvəl Amerikadakı səfirlik əməkdaşlarından biri öz evində ölü tapıldı. Amma bu mövzuda da təkrar məlumatlar yayılmadı. Mənim nəzərimdə belə fikir formalaşır ki, bu səfirlərin ölümü ilə bağlı hansısa gizli illeqal proseslər gedir. Bəziləri Rusiyanın suiqəsd planı olduğunu və bu plandan istifadə edərək bəzi cəhdlərdə bulunması ilə əlaqələndirirlər. Bəziləri isə bunu Amerikanın adına yazmaq istəyirlər ki, bu səfirlərin sıradan çıxarılması ilə Amerika bir növ siyasi xəbərdarlıq etmək istəyir. Mən demək olar ki, Rusiyaya inanmıram, Amerikanın addımlarında isə belə bir şey ola bilməz.

Xüsusilə Sudanda rus səfirin öldürülməsi Amerikanın nəyinə lazımdır ki? Lakin bu, Rusiyanın özünə də lazım olmaya bilər. Çünki Sudan strateji cəhətdən hər iki dövlət üçün o qədər də əhəmiyyətli bir ölkə deyil. Orda hələ ki, iki ölkənin maraqları toqquşmur. Bu nöqteyi nəzərdən səfirin öldürülməsi ilə bağlı fikir bildirmək çox çətindir”.

Politoloq səfirin ölməsində Amerikanın deyil, digər səbəblərin olduğunu sadaladı:

“Əldə edilən məlumatlara görə, Sudandakı səfir qan təzyiqi və ürək çatışmazlığından dünyasını dəyişib. Sudan da isti ölkədir, yay fəsli olduğu üçün, həmin ölkənin tibbi xidmətləri və digər səbəblər ölümə zəmin yarada bilər. Güman edirəm ki, səfirin ölümündə təbii çalarlar daha diqqət çəkəndir.

Amma fakt faktlığında qalır! Rusiya son zamanlar əsəbi siyasət yeritməyə başlayır və bu əsəbi siyasət tez-tez səfirlərin geriyə çağırılması, yerlərinin dəyişdirilməsində özünü biruzə verir. Səfirlərə qarşı təzyiq metodlarının işə salınması Sergey Lavrovun praktikasında tez-tez müşahidə olunan səbəblərdəndir və təzyiq altında səfirlərin işləməsi onların sağlamlığına təsir edə bilər.

Hesab edirəm ki, bu məsələlər bəzi səfirlərə qarşı mərkəzdən olan təzyiqlərlə əlaqədar ola bilər. Çünki mərkəz belə qənaətə gəlib ki, səfirlər Rusiyanın siyasətini düzgün izah etmirlər və yaxud düzgün həyata keçirməyi bacarmırlar. Bax bu nöqteyi nəzərdən də rusiyanın diplomatik missiyaların geri çağırılması və ya dəyişdirilməsi yaşanır, bəzən də səfirlərin öz həyatları ilə vidalaşması prosesi baş verir”.

Qabil Hüseyinli “bundan sonra rusiyalı diplomatlar arasında qorxu yarana bilərmi?” sualına, “nəhəng dövlətlərin səfirlərinin üzərinə böyük məsuliyyətli yük düşür və işinin öhdəsindən gələ bilməyən kimsə səfir təyin edilmir. Əgər səfirlər böyük təzyiq altında işləyirlərsə, onlar Moskvada qalıb, Xarici İşlər Nazirliyinin kiçik rütbəli işçisi olmağa daha çox üstünlük verirlər, nəinki xarici ölkələrdə diplomatik missiyalara başçılıq etməyi… Ümumiyyətlə, Rusiyada, xarici ölkələrə səfir getməyi sevmirlər. Ona görə də Rusiyada diplomatların xarici ölkələrə səfir olaraq getməmək sindromu yaşanır”.

Firuzə Alimova / A24.az