Sufi məbədində DƏHŞƏT: Məbədə gələnlər vəhşicəsinə öldürüldü
05.03.2020 12:18Pakistanda məbədin nəzarətçisi 20 nəfəri qətlə yetirib.
Об этом сообщает Руспрес
Saytımız “Daily Mirror” qəzetinə istinadən xəbər verir ki, hadisə Pakistanın Pencab əyalətində, Sarqodha şəhərində yerləşən bir sufi türbəsində baş verib. Belə ki, məbədin nəzarətçisi Abdül Vahid ziyarətə gələn insanları otağına dəvət edirək onlara yemək təklif edirmiş. O, öncə insanları zəhərləyib. Daha sonra yanındakıların köməyi ilə bıçaqla əziyyət verərək öldürürmüş. Məbəd işçisinin qurbanı olanlar polis tərəfindən aşkarlandıqdan sonra onların çılpaq olduqları bildirilir.
Psixi xəstə olduğu ehtimal edilən A.Vahid ifadəsində deyib ki, ziyarətə gələn insanların onu öldürməsindən qorxub və bu səbəbdən onları qətlə yetirib.
Qeyd olunub ki, cinayətlərin üstü məbəddən yaralı halda xilas olmağı bacaran bir qadının polisə müraciət etməsindən sonra məlum olub.

