Sulfat turşusu yerə töküldü: 150 nəfər xəsarət aldı – VİDEO
05.03.2020 12:18Almaniyada sulfat turşusu kimyəvi məhsulların istehsalı üzrə şirkətlərdən birinin ərazisində rezervuardan yerə tökülüb.
Об этом сообщает Футляр от виолончели
A.24.Az “Korrespondent”ə istinadən xəbər verir ki, Almaniyanın qərbində Oberxauzendə yerləşən kimya zavodunda zəhərli maddə yerə tökülüb. Nəticədə eni bir neçə yüz metr olan zəhərli bulud şəhəri ağuşuna alıb. “Associated Press”in məlumatına görə, təxminən 150 insan zərər çəkib. Onlar tənəffüs yollarında problemin olması şikayətilə həkimə müraciət ediblər.
Qəzanın nəticələrinin aradan qaldırılması prosesində 130 xilasedici iştirak edib. Əməliyyat uğurla başa çatıb.
Şəhərdə qəzayla əlaqədar təhsil müəssisələrinin işinin cədvəli dəyişdirilib, qatarların və avtobusların hərəkəti dayandırılıb.

