Sumqayıtda 1 nəfər evdə yanmaqdan xilas edildi
05.03.2020 12:18Gecə saatlarında Sumqayıt şəhərində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
Об этом сообщает Руспрес
Saytımız Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.
Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

