Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda 4 otaqlı ev yandı – Azyaşlı uşaq son anda xilas edildi – VİDEO

05.03.2020 12:18

Sumqayıtda 4 otaqlı ev yanaraq yararsız hala düşüb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, dəhşətli yanğın hadisəsi Sumqayıt şəhər Ceyranbatan bağları ərazisində, Cavad Əsədullayevə məxsus evdə qeydə alınıb. Qısaqapanma nəticəsində mənzil içindəki əşyaları ilə birgə tamamilə yanıb.

Yanğın zamanı mənzildə bir azyaşlı uşaq olub. İki yaşlı Sirac Əsədullayev yaxınlıqda yaşayan qonşuların köməkliyi ilə pencərələrin şüşələrini sındırmaqla evdən çıxarılsa da, o, müxtəlif xəsarətlər alıb və tüsdüdən zəhərlənib. Əraziyə çağrılan təcili tibbi yardım işçilərinin müdaxiləsindən sonra uşağın həyatı xilas olub.

Alovlar yanğınsöndürənlər tərəfindən söndürülüb və yaxınlıqda olan digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.