Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda 6 məktəbə direktor təyin olundu – SİYAHI (FOTOLAR)

05.03.2020 12:18
Sumqayıt şəhərinin 6 orta ümumtəhsil məktəbinə direktor təyinatı olub.
A24.az-ın Xeberle.com-a istinadən məlumatına görə, bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səadət Məmmədova 4 nömrəli, İlahə Həsənli 11 nömrəli, Pərvanə Ramazanova 19 nömrəli, Arzu Alızadə 25 nömrəli, Valid Mustafayev 27 nömrəli tam orta məktəbin, Qönçə Səftərova isə “Təfəkkür” liseyinin direktoru təyin olunublar.
İndiyədək bu məktəblərdə direktor vəzifəsini əvəz edənlər olub.
Məlumat üçün bildirək ki, bu məktəblərin dördündə – 4, 11, 25 və  27 nömrəli  məktəblərdə direktor vəzifəsinə rəsmi şəkildə təyin olunan şəxslər indiyədək əvəzedici kimi fəaliyyət göstəriblər.
İki məktəbə isə yeni simalar rəhbərlik edəcək. Əvvəllər 19 nömrəli məktəbdə direktor vəzifəsini Çingiz Abasov əvəzedici qismində icra edirdisə, indi bu təhsil ocağına rəsmi qərarla direktor təyin olunan Pərvanə Ramazanova rəhbərlik edəcək.
“Təfəkkür” liseyinin rəhbərliyində də dəyişiklik olub. Son qərara kimi liseydə direktor vəzifəsini Gülbahar Haqverdiyeva əvəzedici qismində icra edib. Bundan sonra isə təhsil ocağına Qönçə Səftərova rəhbərlik edəcək.
Qeyd edək ki, bu şəxslər Təhsil nazirliyinin müsabiqə test və müsahibə mərhələlərindən keçərək müvəffəqiyyət qazananlardır.
Xatıqladaq ki, Sumqayıtda hazırda 3, 15, 17, 24, 34 və 40 nömrəli məktəblərdə isə direktor vəzifəsinə rəsmi təyinat olmayıb.
Bu təhsil ocaqlarında direktor vəzifəsinin icrasını əvəzedicilər həyata keçirir.

Səadət Məmmədova

Об этом сообщает Роспрес

İlahə Həsənli

Pərvanə Ramazanova

Arzu Alızadə

Valid Mustafayev     

Qönçə Səftərova