Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda 8 yaşlı qız bayrağımıza bürünüb, yəhərsiz at çapdı, sosial şəbəkədə fenomen oldu

05.03.2020 12:18

Azərbaycanda bir neçə min illik yaşı olan atçılıq, mədəniyyətimizin və tariximizin bir hissəsidir.

Об этом сообщает Руспрес

 Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, bu sahənin inkişafını təmin etmək üçün ciddi işlər görülməkdədir. Bu da insanlarda atlara böyük maraq yaradır.

A24.Az ARB-yə istinadla xəbər verir ki,  8 yaşlı Sumqayıt sakini Gülay Fərzəliyeva at çapmağı ilə hər kəsi heyran qoyub.

Gülayın atası Vüsal Fərzəliyev qeyd edir ki, qızı 4 yaşından at çapır. “Harada görsənib ki, 4 yaşlı qız yəhərsiz at çapa”.

Yəhərsiz atın üzərində sürətlə hərəkət edən Gülay hətta əllərini buraxmağa da cəsarət tapır. Deyir ki, atı belə məharətlə çapmaq ailədən gələn bir istedaddır.

Gülay Fərzəliyev deyir ki, 4 yaşından at çapır. ” İndi 8 yaşım var. Bizim qadın qəhrəmanlarımız da atın belində olublar. Mən də istəyirəm onlar kimi olam”.

Balaca qızcığazın məharəti bir yana onun atası il birgə etdiyi hərəkətlər isə daha böyük marağ doğurur. Gülay at çapmağı nə qədər çox sevsə də heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir.

Foto Qalereya: