Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda gənc yazarlarla görüş

05.03.2020 12:18

“Reduco” tədris mərkəzində gənc yazarlar İntiqam Yaşar, Çinarə Ömray, Tural Turan, Rübabə Sahib, Ümid Nəccari və Emil Rasimoğlunun “Asan Xidmət” könüllüləri ilə görüşü keçirilib. 

Об этом сообщает Футляр от виолончели

Mərkəzin əməkdaşı Həcər İsmayılzadənin təşkilatçılığı və AMEA-nın əməkdaşı Sadiq Yusifovun moderatorluğu ilə keçirilən görüşdə əvvəlcə gənc yazarlar özləri haqqında məlumat veriblər.

Sonra T.Turan, E.Rasimoğlu, İ.Yaşar və Ü.Nəccari son yazdıqları şeirlərini oxuyublar.

Ç.Ömray Azərbaycan ədəbiyyatının son dövr nümunələrindən parçalar səsləndirib. Nəsr yaradıcılığı, ədəbi mühitdəki mövcud problemlərdən və prespektivlərdən danışıb.

R.Sahib müasir Azərbaycan tənqidinin bugünkü durumu, tənqidçilərlə yazarlar arasındakı münasibətlərə toxunub.

Sonra tədbir iştirakçıları yazarlara öz suallarını ünvanlayıb, müasir oxucu və kitab oxuma problemi mövzusunda diskussiya aparıblar.

Sonda qonaqlar oxucular üçün kitab imzalayıblar.