Sumqayıtda və Qəbələdə yanğın olub
05.03.2020 12:18Bu gecə Sumqayıt və Qəbələdə yanğın hadisəsi qeydə alınıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan taxta məmulatları sexinin taxtadan ibarət döşəməsi 10 m2 sahədə və 1 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qəbələ rayonu, İmamlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 36 m2 olan taxta konstruksiyadan ibarət çayxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

