Sumqayıtın 4000 müəllimi diaqnostik qiymətləndirmədə iştirak edib – RƏSMİ
05.03.2020 12:19
“Sumqayıt Şəhər Təhsil Şöbəsində 2017-2018-ci dərs ilində tam orta təhsil pilləsində tədrisin təmayüllər üzrə təşkili istiqamətində bir sıra işlər görülüb. Növbəti dərs ilindən X siniflərdə təmayül siniflərinin yaradılması üçün son bir neçə ay ərzində məktəblərlə aparılan işlərin nəticəsi olaraq 40 məktəbdə, yəni ümumtəhsil məktəblərinin 83%-dən çoxunda təmayül siniflərinin yaradılması nəzərdə tutulub.”
Bu sözləri Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov deyib. N. Namazov bildirib ki, 13 məktəbdə yalnız təmayül siniflərinin, 27 məktəbdə isə həm təmayül, həm də adi siniflərin açılması planlaşdırılır: “Ümumilikdə 87 təmayül sinfi, o cümlədən 32 kombinə edilmiş təmayül siniflərinin fəaliyyətə başlaması nəzərdə tutulub.”
Təhsil şöbəsinin müdiri qeyd edib ki, məktəblərin maddi-tədris bazasının möhkəmləndirilməsi, xüsusilə də onların əsaslı təmiri ən vacib məsələlərdəndir: “2005-2016-cı illər ərzində, yəni 11 il ərzində şəhərdə cəmi 16 ümumtəhsil məktəbi əsaslı təmir edilib. Hələ də böyük əksəriyyət məktəblərimizin əsaslı təmir edilməsinə ehtiyac vardır. Təhsil müəssisələrinin mövcud maddi-tədris bazasının qorunub saxlanmasına ötən dərs ilində daha ciddi diqqət yetirilib, dərs ilinin sonunda istisnasız olaraq bütün məktəblərdə daxili imkanlar hesabına təmir işləri aparılıb.”
O, həmçinin qeyd edib ki, 2015-2016-cı tədris ilində Sumqayıt şəhəri üzrə 4000 nəfərə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib.
Об этом сообщает Роспрес

