Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sümükləri qoruyan 7 MƏSLƏHƏT

05.03.2020 12:19

Bədənimizin sağlamlığı üçün əhəmiyyətli olan sümükləri qoruyarkən nələrə diqqət etməliyik?

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, sümüklərimizin güclü və sağlam qala bilməsi bütün bədənimizin sağlamlığı üçün çox əhəmiyyətlidir. Kalsium, D vitamini, protein kimi qida maddələri istisna olmaqla, insanın həyat tərzi də sümüklərin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Mütəxəssislər sümükləri qorumağın yollarını aşağıdakı kimi izah edir:

  • Həftədə 3 gün davamlı yürüş və yüngül ağırlıqlarla idman hərəkətləri edin. Bu hərəkətlər əzələ-skelet sisteminin uzun müddət sağlam işləməsi üçün vacib şərtdir.
  • Kökəlməyin. Kilo almaq hər mövzuda problem yaratdığı kimi əzələ-skelet sisteminə də zərər verir. Oynaqların üzərinə düşən yük nə qədər az olarsa oynaqlar o qədər uzun ömürlü olur.
  • Siqaretdən uzaq durun. Siqaret çəkmək qan dövranını, xüsusilə də qığırdaqların qidalanmasını pozduğu üçün sümüklərin qığırdaqlarında problem yaradır.
  • Ayaqlarınızın sağlamlığına diqqət edin və keyfiyyətli ayaqqabılar geyinməyə üstünlük verin. Əzələ-skelet sisteminin ən vacib hissəsi ayaqlardır. Əslində ayaq sağlamlığına böyük əhəmiyyət vermək lazımdır. Çünki bədənimizi ayaqlarımız daşıyır və həyat keyfiyyətimizə birbaşa təsir edir. Ayaqda yaranacaq problemlərin üstündən keçməmək və mümkün olduqca dəbdə olanı deyil, sağlam ayaqqabılar geyinmək lazımdır.
  • D vitamini qəbul etmək üçün hər gün günəşdən faydalanın. Hər gün ən azı 15 dəqiqə günəş şüaları qəbul edin. D və C vitamini sümük və əzələlərin uzunöümrlü olması üçün vacib vitaminlərdir. Xüsusilə də bədənin D vitamini əksikliyinə dözümü yoxdur.
  • Çoxlu qatıq və pendir yeyin. Uşaqlıqdan başlayaraq qatıq və pendir yeyin. Kalsium bazasını vaxtında yaxşı doldursaq, yaşlandığımız zaman o qədər işimizə yarayacaq. Kalsium əzələ və sümük sağlamlığı üçün çox vacibdir.
  • 45 yaşından sonra çox idman etməkdən qaçın. Xəsarətlərin əksəriyyəti orta yaşdan sonra edilən və özünü idmana sərf edən insanlarda çox olur. Ona görə də 40 yaşdan sonra ağır şəraitdə idman etməkdən, ağırlıq qaldırmaqdan uzaq olun.