Suriya ABŞ-ı BMT-yə şikayət etdi
05.03.2020 12:19Suriya ABŞ-ı BMT- nin Təhlükəsizlik Şurasına şikayət edib.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyindən edilən açıqlamaya görə, Suriya BMT-nin Təhlükəsizlik Şurasını sülh və təhlüləsizliyə dair öhdəliklərini yerinə yetirməyə, ABŞ öndərliyindəki koalisiyanı Suriya vətəndaşlarına qarşı işlədikləri günahları dayandırmağa çağırıb.
Belə ki, Suriya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada koalisiya güclərini beynəlxalq anlaşmalarla qadağan edilmiş “ağ fosfor” kimyasalından istifadə etməkdə günahlandırıb. 17 sivilin öldüyünü bildirən Dəməşq hökuməti ABŞ-ın onlardan icazəsiz torpaqlarında hava əməliyyatları keçirdiyini də vurğulayıb.
A24.az // Vəsilə İbrahim

