Suriya ordusu yenidən Palmiraya daxil oldu
05.03.2020 12:19Suriya hökumət ordusunun bölmələri İŞİD terror qruplaşması tərəfindən ələ keçirilən Palmira şəhərinə daxil olublar.
Об этом сообщает Руспрес
Saytımızın APA-ya istinadən verdiyi xəbərə görə, ordu şəhərin qərbində bir neçə rayonu nəzarət altına alıb.
2015-ci ilin mayında İŞİD Palmiranı ələ keçirib, 2016-cı ilin martında isə Suriya ordusu Rusiya hərbi aviasiyasının dəstəyi ilə şəhəri azad edib. Ötən ilin dekabrında Palmira yenidən terrorçuların nəzarəti altına keçib.
Qeyd edək ki, UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.

