Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Suriyadan sonra növbəti hədəf Qafqaz ölkələridir – Azərbaycan aralarında ən asan yeyiləcək TİKƏDİR

05.03.2020 12:19

Suriya ilə işləri bitdiyi zaman, hansıki bitmək üzrədir, geridə baş qaldıran və güclənməyə davam edən iki ölkə qalıb. İran və Türkiyə… Suriyadan sonra Qafqaz ölkələrində gərginlik yarandığı zaman iki ölkənin özünü müdafiə etməsi bir xeyli çətinləşəcək.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, Türkiyə mediasında dünya nəhənglərinin planlarında olan növbəti hədəflər haqqında yazı dərc olunub. Yazını təqdim edirik:

İŞİD 3 il bundan əvvəl İraqda ölkənin 49 faizini idarə etdiyi halda, bu gün 3 faizinə hakimdir. Həmçinin Suriyanın da təqribən 50 faizinə sahib olan İŞİD hazırda torpaqların 28 faizi əlindən çıxarıb. Xüsusilə də neftin yerləşdiyi bölgələri itirdiyi üçün davamlı olaraq geriliyir. ABŞ və neft baronlarının idarəsində olan PKK-nın YPG qolu daha çox neft bölgələrində yerləşmiş vəziyyətdədir. Haşdi Şabi kimi İranın nəzarətində olan təşkilatlar isə Suriyaya doğru sürüşməyə başlayıb. Bölgədə ABŞ-dan sonra ən çox döyüşçüsü olan İran Suriyada 160 min insanı nəzarətdə saxlayır. Məşhur simalardan biri olan H. Kissingerin dediyi kimi “asan idarə etmək üçün ölkələri böl-parçala-idarə et” əməliyyatı işləməsə B planı olaraq yaradılması istənilən sünni-şiə davasına zəmin yaranmış olacaq.

Dünya iqtisadiyyatının 70 faizinə sahibdirlər…

Dünyada olan 43 min kiçik bankları 1318 bank idarə edir. 1318 bankı isə 147 finans quruluşu və holdinqlər idarə edir. Bu 147 quruluş isə 13 ailənin nəzarətindədir. Yəni 43 000 bank dünya iqtisadiyyatının 40 faizini formalaşdırdığı halda, 147 holdinq və finans quruluşları sahib olduqları və idarə etdikləri banklarla dünya iqtisadiyyatının 70 faizini təşkil edir. Belə bir canavarın doyması da ancaq qan və göz yaşı ilə mümkündür.

Ona görə də bir çox ölkələrin üzərində müxtəlif oyunlar oynanılır. Dünyanın ən böyük neft yataqlarına sahib olan ölkələr xaos içərisində çapalayır. Meksika, Venesuella, Braziliya, Nigeriya, Əlcəzair, Liviya, İraq, İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Somali, Küveyt və Azərbaycan…

Aralarında İraq kimi sovurulmağa başlanıldığı ölkələr olduğu kimi, İran kimi güclü və dirənən rəqibləri də var. Lakin Qətər kimi uğursuz olanları da… Hamısına hücum edilir. Burda bir dənə Azərbaycan asan udulacaq tikədir. İşğal edilə biləcək yeganə ölkə də Azərbaycandır.

Sistemin təşkilatları Qafqaz ölkələrinə girib…

Bəs sadəcə yeganə yer olduğu və asan yeyiləcək tikə kimi göründüyü üçünmü Qafqaz ölkələri deyirik? Amma bunun fərqli nəticələr göstərən tərəfləri də ola bilər.

Neft və silah baronları acdır. Qazana bilmələri üçün yeni xaos mühiti tapmalıdırlar. Bunun üçün də bəzi səbəblərin yaradılması lazımdır. Qlobal sistem bir ölkəyə girməyə və ya savaşmağa qərar verdiyi zaman hədəfdə olan ölkənin özünə hücum etdiyini iddia edib ölkəni işğal etməyə başlayır –  11 Sentyabr hadisələrində olduğu kimi… Ya da həmin sistem ölkədə bəzi təşkilatmalar yaradaraq, ölkənin qamətini qırmağa çalışır – Türkiyədəki PKK-nı maliyyələşdirən alman təşkilatları kimi. Bunlar da işlərinə yaramasa, dövlət çevrilişi və buna bənzər əməliyyatlarla idarəçiliyi tamamilə ələ keçirməyə çalışırlar.

Qafqaz ölkələrinə, xüsusilə də Ermənistan, Azərbaycan və Gürcüstana baxdığımız zaman arasında Rotşil ailəsinin də olduğu bir çox dərnək, vəqf, “yardım qurumları” və müxtəlif təşkilarlatın bölgədə artdığını rahat şəkildə görə bilərik.

Bu kimi təşkilatlanmalar ölkəyə daxil olduğu zaman üzərində ciddi şəkildə düşünmək lazımdır. Adətən bu kimi təşkilatların ölkəyə girib çıxdığı zaman arxalarında sağlam ölkə buraxdıqları hələ görünməyib.

Firuzə Alimova / A24.az