Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Suriyanın “fətva”sı verildi – İran qalanını bilir

05.03.2020 12:19

Suriya hökuməti İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsini istəyib.

Об этом сообщает Руспрес

Bu haqda Suriyanın müxalif “Zaman Al Wasel” veb səhifəsində dərc edilən məlumatda bildirilib.

Siyasi şərhçi Vüqar Zifəroğlu məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Bu, son dərəcə ciddi bir məqamdır. Məlumatda bildirilir ki, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənədə görə, İndiyədək bu ödənişləri yalnız İran tərəfi deyil, eyni zamanda Hizbullah və Suriyanın mövcud iqtidarı tərəfindən ödənildiyi məlum həqiqətlərdən idi. Göründüyü kimi, indi isə bu qruplaşmaların maddi cəhətdən təminatı məsələsinə yalnız rəsmi Tehran cavabdehlik daşıyacaq”.

O, bu dəyişikliyin təsadüfi olmadığını bildirib:

“Əslində belə bir dəyişikliyin, ABŞ prezidenti Trampın Yaxın Şərq səfəri və Səudiyyə Ərəbistanə ilə münasibətlərin kəskinləşməsi fonunda baş verməsi təsadüfi sayıla bilməz. İranın məzhəbsəl faktora əsaslanan vahid hərbi güc yaratmaqla Yaxın Şərqdə baş verən münaqişələrdə yeni ciddi siyasi-məzhəbsəl faktor ortaya qoyması və nüfuzunu genişləndirmək niyyətindən də xəbər verir. Hazırda Suriya, İraq və Livanda gerçək güc olan Tehranın Yəməndə, daha sonra isə Bəhreyndə məhz formalaşdırılacaq yeni hərbi qüvvənin dəstəyi ilə böyük avantajlara sahib olması mümkündür”.

V.Zifəroğlunun fikrincə,bu addım regionda məzhəblərarası münaqişələrin artmasına səbəb olacaq.

Xəyalə Bünyatova // A24.Az