Sürücü idarə etdiyi avtomobilin altında qalaraq ölüb – VİDEO
05.03.2020 12:19Antalyada sürücü işləyən Yaşar Beşmumlu əyləci çəkməyi unutduğu üçün öz idarə etdiyi avtobusun altında qalaraq dünyasını dəyişib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, hadisə səhər 08:00 radələrində avtobus dayanacağında baş verib.
57 yaşlı sürücü dayanacağa yaxınlaşdıqdan sonra, sərnişinləri avtobusdan endirib. Sərnişinlərin ardınca əyləci çəkmədən özü də avtobusdan düşüb. Avtobus hərəkət etməyə başlayarkən minməyə çalışıb və nəticədə nəqliyyat vasitəsinin təkərləri altında qalıb.
Faktla bağlı araşdırma aparılır.

