Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sürücü sükan arxasında öldü

05.03.2020 12:19

Bakıda sürücü sükan arxasında ölüb

Об этом сообщает Руспрес

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Tolstoy küçəsində qeydə alınıb. 55 yaşlı Səfər Surxay oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı, 90 BG 188 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək maneəyə dəyib. Hadisə yerinə baxış keçirilərkən sürücünün sükan arxasında ölməsi və bunun nəticəsində avtomobilin idarəetmədən çıxaraq maneəyə dəyməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.