Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sürücülər, DİQQƏT! Bu yol bağlanır

05.03.2020 12:19

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Anoloji işlər bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda aparılacaq.

Об этом сообщает Роспрес

“Azəravtoyol” ASC-dən A24.Az-a verilən məlumata görə, rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq:

“Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək. Bundan başqa sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək. “Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.