Sürücülər, DİQQƏT!: “Formula 1″ə görə bu ərazilərdə maşın saxlamaq olmaz – Siyahı
05.03.2020 12:19Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək. Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
Об этом сообщает Руспрес
Bakı Şəhər Halqasından A24.Az -a verilən məlumata görə, martın 27-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.
Məlumatda bildirilir ki, trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək, baryer quraşdırma işləri aparılacaq. Paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar. Müvəqqəti narahatlığa görə sizdən üzr istəyir, göstərəcəyiniz anlayışa və dəstəyə görə əvvəlcədən təşəkkür edirik”.

