Sürücülərə ŞAD XƏBƏR: “Babək” prospekti yenidən qurulur – VİDEO
05.03.2020 12:19Bakının əsas prospektlərindən olan Babək prospekti təmir edilir.
Об этом сообщает Футляр от виолончели
Yolda təmir işlərinə bu gün başlanılıb və bir neçə ay davam edəcək. Uzunluğu 9 kilometr olanyolun hər iki istiqaməti təmir ediləcək. Amma yol bağlanılmayacaq, sadəcə bəzi məhdudiyyətlər tətbiq ediləcək.
Uzunluğu 9 kilometr olan və uzun illəridir əsaslı təmir edilməyən Paytaxtın Babək prospektinin təmirinə başlanılıb. Bu gün səhər saatlarından etibarən prospektdə köhnə asfalt örtüyü qaşınıraq yük maşınları ilə daşınır.
Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilib.
3 gediş, 3 gəliş olmaqla 6 zolaqdan ibarət olan yolda hər hansı genişləndirmə işi həyata keçirilməyəcək.Yolun bəzi yerlərində piyada səkiləri inşa ediləcək,ərazidə yağış kanalizasiya borularıda yeniləri ilə əvəz ediləcək. Təmir işləri çərçivəsində ərazidəki bütün səki daşlarıda yenilənəcək.
İşlərin nə zaman yekunlaşacağı isə dəqiq bilinmir.
İşlər mərhələli şəkildə həyata keçirildiyindən yol tam bağlanılmayacaq sadəcə məhdudiyyətlər tətbiq ediləcək.

