Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət istiqaməti dəyişdirildi – VİDEO
05.03.2020 12:19Bakıda yol hərəkətinin təşkili ilə bağlı daha bir dəyişiklik edilib.
Об этом сообщает Футляр от виолончели
Belə ki, nəqliyyat vasitələrinin Bülbül küçəsinin metronun “Sahil” stansiyasının yanındakı kəsişməsindən sola – Üzeyir Hacıbəyli küçəsinə dönməsi qadağan edilib. Bununlada Üzeyir Hacıbəyli küçəsinin Sahil bağı tərəfində olan hissəsi birtərəfli yol olub. Yola qadağanedici nişanın qoyulmasına baxmayaraq hələ də bəzi sürücülər həmin küçəyə daxil olaraq əks istiqamətə hərəkət edirlər. Ərazidə xidmət aparan yol polisləri hələlik sürücüləri məlumatlandırmaqla kifayətlənirlər. İnzibati xətalar məcəlləsinə görə isə qayda pozan sürücüləri 3 bal və 60 manat məbləğində cərimə gözləyir.
Dünəndən etibarən paytaxtın daha bir küçəsində hərəkət istiqamətində dəyişiklik edilib. Söhbət paytaxtın Üzeyir Hacıbəyli küçəsinin Sahil bağı istiqamətindən gedir.
Əvvəllər Bülübül prospektindən gələnlər sola, Üzeyir Hacıbəyli küçəsindən gələnlər isə düzünə hərəkət edə bilirdilər. Lakin yeni dəyişikliyə əsasən Bülbül prospektindən yalnız düzünə,Üzeyir Hacıbəyli küçəsindən isə yalnız sağa hərəkətə icazə verilir.Bununla da Üzeyir Hacıbəyli küçəsinin Sahil bağı istiqaməti bir tərəfli yol oldu.
Edilən dəyişiklikdən sonra küçəyə giriş yalnız Rəşid Behbudov küçəsindən mümkündür.Yolun birtərəfli olmasına baxmayaraq yenə də bəzi sürücülərin yola qarşı tərəfdən daxil olması daha da xaotik vəziyyyətə səbəb olur.
Qarşı qarşıya gələn sürüclərin bəziləri yolun yarısına qədər gedtikdən sonra geri dönürlər. Sürücülər anlaşmazlığın nişanın yalnız bir yerə quraşdırılıdığına görə yarandığı deyirlər.
Ərazidə xidmət aparan yol polisləri hələlik heç kimə cərimə yazmasa da, sabahdan qayda pozanlar cərimələnəcək.

