Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sürücülərin nəzərinə

05.03.2020 12:19

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq. İşlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu barədə “Azəravtoyol”un mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq:

“Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”.