Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sürücünün biri can aldı, digəri isə yerindəcə can verdi – Azərbaycanda

05.03.2020 12:20

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Руспрес

Saytımız Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 1-də saat 11 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində şəhər sakini Samir Səlimov idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən həmyerlisi, 85 yaşlı Zinaida İbrahimovanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hadisə ilə bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Daha bir yol-nəqliyyat hadisə isə Gəncə şəhərində qeydə alınıb.

Saytımız xəbər verir ki, fevralın 1-də saat 15 radələrində Gəncə şəhərində Ağcabədi rayon sakini Elşad Tağıyev idarə etdiyi “Mercedes Vita” markalı avtomobili aşırıb. Nəticədə sürücü və arvadı Zərnigar, oğlu Elçin, atası Volodya, anası Sevil, bacısı Sevinc və onun oğlu Röyal xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir.

Hadisə ilə bağlı Kəpəz RPİ tərəfindən araşdırma aparılır.