“”Sutka”lıq mənzilləri gündəmə gətirməyənlər, indi hostelə etiraz edirlər” – EKSPERT SƏRT DANIŞDI
05.03.2020 12:20Mənzil Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya hostel kimi istifadə edilməsi prosesi asanlaşır.
Об этом сообщает Футляр от виолончели
Belə ki, dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən “yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.
Qonşu ölkələrdə misal üçün Gürcüstan, Türkiyə və.s hostellərin sayı üstünlük təşkil etsə də, ölkəmizdə hostellərin sayının o qədər də çox olduğunu deyə bilmərik.
Məsələ ilə əlaqədar A24.Az-a açıqlama verən daşınmaz əmlak eksperti Rəşad Əliyevin sözlərinə görə, bu praktika (yaşayış evlərinin mehmanxanaya çevrilməsi) xaricdə də var və özünü doğruldur:
“Xarici ölkələrdə hanısa bir binanın daxilində müəyyən bir mərtəbəni alıb, orada mehmanxana və və ya hostel yaradırlar. Bu tipli mehmanxanalar da adətən 2-3 ulduzlu olur. Bu nisbətən elə ölkələrdə yaxşı qarşılanır. Çünki elə yerlər var ki, orda otel və ya hostel tipli yaşayış məntəqəsini sayı azdı, məhz həmin yerlərdə bu tipli müvəqqəti yaşayış yerlərinin yaradılmasına icazə verilir. Heç bir problem də olmur”.
Ekspert hostel yaratmaqla bağlı icazə alınmasının əvvəlki qaydada aparılacağını söylədi:
“İcazə məsələsinə gəlincə, həmin qaydalar olduğu kimi qalır. Yəni, mənzilin strukturuna hər hansı bir dəyişillik edən də icazə alınırdısa, indi də icazənin alınması məcburi xarakter daşıyır. Çünki kimsə hostel yaradırsa, onun layihəsini mütləq təsdiq etdirməlidir və əsaslandırmalıdır ki, dəyişikliyin edilməsi binanın konstruktiv elementlərinə heç bir zərər vurmayacaq”.
Rəşad Əliyev xüsusi qeyd edir ki, ölkəmizdə hostel yaradaracaq adam əvvəlcə onu hansı yerdə açdığına diqqət etməlidir:
“İş adamları bəzi etik qaydalara müəyyən qədər riayət etməlidirlər. Çünki istənilən halda həmin iş adamının o hosteli yaratmaq hüququ varsa, bu o demək deyil ki, orda kiminsə hüquqlarını pozmalısan”.
“Hostellər məkan baxımından elə yerdə yaradılmalıdır ki, ora əlverişli olsun. Misal üçün kimsə binanın bir mərtəbəsini alırsa, və orda heç bir maneəçilik yoxdursa, və həmin ərazidə hostel yoxdursa, yarada bilər. Amma qarşı binada bu tipli hostel varsa, üzbəüz binada hostel yaratmaq mənasızdır”, – deyə ekspert bildirir.
Daşınmaz əmlak eksperti sonda ölkədə hostellərin sayının artmasını birmənalı qarşılamayanların fikirlərinə də münasibət bildirdi:
“Hostel binanın içində mehmanxana deməkdir. Hostellərin yaradılmasını ölkədə tənqid edənlər çoxdur. Amma nəzərə alınmalıdır ki, hostelə oxşar mənzillər var ki, “sutka”lıq kirayə verilir. Nədənsə bu məsələ heç vaxt gündəm də olmayıb. Kim istəyir mənzilini “sutka”lıq kirayə verir. Problem olanda da müvafiq orqana şikayət edilir. Bu mənzillərlə hostelin demək olar ki, böyük bir fərqi yoxdur”.
Orxan

