Şüyüdün bilmədiyimiz faydaları – XALQ TƏBABƏTİ
05.03.2020 12:20Göyərtilər yeməklərdə istifadə olunmaqla yanaşı, həm də insan orqanizminə çox xeyri olması haqda orta əsr tibb mənbələrində də məlumat verilir.
Об этом сообщает Роспрес
Belə göyərtilərdən biri şüyüddür.
Saytımız onun müalicə-profilaktik əhəmiyyətini orta əsr mənbələrinə istinadən qeyd edir.
Şüyüdün həm özündən, həm də toxumundan istifadə olunur. Bədənə istilik və quruluq verir, sidikqovucu və südqovucu xassəyə malikdir. Toxumu bu baxımdan daha qüvvətlidir.
Şüyüd sancını kəsir, həzmedici xüsusiyyəti vardır, mədə zəifliyi, hıçqırma, qaraciyər və dalaq üçün faydalıdır.
Təngnəfəslik, böyrək və sidik kisəsi xəstəlikləri, qulunc hallarında şüyüd yemək və ya xörəyə şüyüd qatmaq faydalıdır.
Özünü və toxumunu qaynadandan sonra alınan suyu sancını kəsir, yel və qazları özünə hopdurur. Xörək və turşularda şüyüd toxumu mədə üçün çox xeyirlidir.

