Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şvarsneger prezidentə görə proqramdan ayrıldı – VİDEO

05.03.2020 12:20

Respublikaçılar partiyasından olan keçmiş Kaliforniya qubernatoru Arnold Şvarsneger ABŞ Prezidenti Donald Trampın “baş prodüser” olduğu “Celebrity Apprentice” adlı televiziya proqramından ayrılacağını açıqlayıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Anadolu-ya istinadən xəbər verir ki, Amerikanın NBC televiziyasında yayımlanan proqramı Trampın yerinə Şvarsneger İngilis film jurnalı “Empire” dərc olunan müsahibəsində, “Celebrity Apprentice” proqramının yeni mövsümdə yayımlanmayacağını bildirib.

Kaliforniya ştatında iki dəfə mer seçilən  Şvarsnegerin aparıcılığı ilə yayımlanan proqramın reytinqindən Tramp narazı qalıb,  ona  “Mən prezident seçiləndən sonra reytinqlər düşüb. Reytinqlər üçün Arnold dua edək”-deyə bildirib.

Şvarsneger də Trampa “Twitter” üzərindən verdiyi cavabda, “Ey Donald,  yaxşı bir ideyam var. Nə üçün işlərimizi dəyişdirmirik? Sən TV-yə keç, çünki reytinq məsələsində ekspertsən. Mən də sənin işini görüm. Beləliklə, insanlar yenidən rahat yatsın”-deyə bildirib.