Tailandda rahiblər polislərə qarşı çıxdı və qarşıdurma yarandı
05.03.2020 12:20Тailandın ən böyük məbəd kompleksi olan “Vat Phra Dhammakaya”da rahiblərlərlə Bankoq polisi arasında qarşıdurma baş verib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, nəticədə iki polis əməkdaşı, 3 rahib və yaşlı qadın yüngül xəsarət alıblar.
Bankoq polisi rahib və dindarların etiraz aksiyası keçirdiyi məbəd kompleksinin ərazisində əməliyyat keçirib. Aksiya iştirakçıları məbədin keçmiş keşişinin 30 milyon dollardan çox vəsaiti mənimsəməkdə və meditasiya üçün evlərin tikilməsi məqsədilə qanunsuz yolla torpaq ərazisi əldə etməkdə ittiham edilərək həbs olunmasına etiraz edirlər. Baş keşişin özü və onun tərəfdarları bütün ittihamları rədd edir və təqiblərin siyasi motiv daşıdığını bildirirlər.
“Vat Phra Dhammakaya” məbədinin keçmiş baş keşişinin minlərlə tərəfdarı polisin qurduğu barrikadaları yararaq məbədi əhatəyə alıblar.
Yerli hökumət nümayəndələri insanların yerli vaxtla saat 3-dək məbədi boşaltmalı olduğunu və polisə axtarış işlərini davam etdirməyə mane olmamağı elan edib. Əks halda, onları bir il müddətinə həbs və ya cərimə gözləyir. (report.az)

