Taleh Bağırzadəyə hökm oxundu
05.03.2020 12:20Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər – Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
A24.Az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə oxunmuş hökm yaxın dəqiqələrdə yayımlanacaq.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında T.Bağırovun ömürlük, F.Qəhrəmanlının 11 il, A.Hüseynovun 20 il, C.Cabbarovun 19 il, R.Cəbrayılovun 17 il, R.Yarıyevin 10 il, Ş.Abduləliyevin, Z.Mustafayevin, C.Babakişizadənin, A.Quliyevin, İ.Xudaverdiyevin, E.İsmayılovun, B.Quliyevin, Ə.Nuriyevin, Ə.Vəliyevin, F.Balayevin, A.Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Об этом сообщает Футляр от виолончели

