Tam “üzən məzənnə”yə keçildi, 4%-lik marja ləğv edildi – MANATIN TALEYİ NECƏ OLACAQ?
05.03.2020 12:20Ötən gün Mərkəzi Bankın tam “üzən məzənnə”yə keçdiyi və rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv etdiyi barədə məlumatlar yayıldı. Bu xəbərin reallığını isə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlaması əyani şəkildə sübut etdi. Belə ki, USD/AZN rəsmi məzənnəsi 1,7867 səviyyəsində müəyyən olundu. Halbuki, ötən gün rəsmi məzənnə 1.7742 manat səviyyəsində olub. Beləliklə, dolların rəsmi məzənnəsi gün ərzində 0,7% yüksəldi.
Об этом сообщает Руспрес
Bəs, tam “üzən məzənnə”yə keçid və 4%-lik marjanın ləğv edilməsi ölkədə manatın taleyinə necə təsir göstərəcək?
A24.Az-a açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki, 4%-lik marjanın ləğv edilməsi o deməkdir ki, nəzəri cəhətdən banklar dolları istədikləri qiymətə alıb-satacaqlar. Marja son aylar valyuta bazarında tıxaca çevrilmişdi və qara bazarının çiçəkləməsinə az töhfə vermirdi.
“Azərbaycanın bank sektorunda marja demək olar ki, heç vaxt işləməyib. İşləyəndə isə dollar qıtlığı səbəbindən problemlər yaradıb. Neftin baha olduğu dövrdə ölkəyə böyük həcmdə valyuta gələndə, dollar 78 qəpik olanda da marja işləməyib. Bahalı neft dövründə banklar çox kiçik gəlir tətbiq etməklə dollar alqı-satqısı edirdilər. Həmin dövrdə marja daha aşağı həddə (2%) idi. Sonradan devalvalvasiya dövründə marja 4%-ə qaldırıldı. Bundan sonra marja işə düşməyə başlayanda bazarda dollar qıtlığı yarandı və marja bankların dollar satışına marağını azaltdı. Nəticədə rəsmi satışda tapılmayan dollarlar qara bazarda üzə çıxdı.
İndi marja ləğv edildi. Mərkəzi Bank 4.2 milyard dollara arxayınlaşıb marjanı artırmadan onu birbaşa ləğv etdi. Marjanın ləğvinin yeganə üstünlüyü qara bazarın aradan qaldırılması olacaq. Bu da dollar bolluğu fonunda, yəni tələbin tam ödənilməsi zamanı baş verə bilər. Dollar qıtlığı yaranacağı təqdirdə (kapital axınını sürətlənərsə, neft kəskin ucuzlaşarsa və s.) isə manatın kəskin ucuzlaşmasını sürətləndirə bilər. Mərkəzi Bank marjanı artırmadan onu birdəfəlik ləğv etməsi riski addımdır. Bu addım özünü dollar bolluğu şəraitində doğruldur. Əks halda kəskin devalvasiya və vəziyyətin nəzarətdən çıxması qaçılmaz ola bilər. Ümid edək ki, Mərkəzi Bank gələcəkdə marjanı bərpa etmək məcburiyyətində qalmayacaq”.

