Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tanınmış aktrisa mənzilində ölü tapıldı

05.03.2020 12:20

Tanınmış Gürcüstan aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.

Об этом сообщает Роспрес

A24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər.

Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.

Qeyd edək ki, karyerası ərzində onlarla filmə çəkilən Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı “Arzu ağacı” filmindən sonra məşhurlaşıb.