Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tanınmış aparıcı “İdeal”ı ağ yuyub, qara sərdi

05.03.2020 12:20

“”Black Friday” endirimlərindən yararlanmaq istəyirsizsə, arzunuz ürəyinizdə qalacaq”.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunu keçmiş teleaparıcı Günel Hümbətova sosial şəbəkədə yazıb. O, “İdeal” mağazalar şəbəkəsini ağ yuyub, qara sərib.

“Bəzi şeylər almaq üçün “Park Bulvara” gəldim. İlk olaraq “İdeal”mağazasına girdim. Stendə üç dənə kosmetikanı yığıblar ki, endirim ancaq bunlardır. Biabır olasız, “Black Friday” sizlik deyil . Çoxdan sizdən imtina etmək istəyirdim. Bu da səbəblərdən biri oldu . Digər səbəblər haqda gələn dəfə. Minlərlə manatlıq alış-veriş edən daha bir müştərinizi itirdiniz”, – deyərək öz iradını bildirib.

Bundan sonra “İdeal” mağazalar şəbəkəsinin marketinq direktoru aparıcı ilə əlaqə saxlayaraq tezliklə yaranmış problemi aradan qaldıracaqlarını bildirib.

Günel Hümbətova şirkət direktorunun nəcib davranışından sonra isə bunları bildirib:

“Bu peşakar davranışa görə  təşəkkür edirəm. Və inanmaq istəyirəm ki, şikayətçi olan hər sadə müştəriylə bu cür davranırlar. “İdeal”dan imtina etməyəcəm. Könlümü aldılar. Amma son illər əfsuslar olsun ki, bəzən narazı qalıram . Bütün narazı qaldığım nüansları bildirdim və aradan qaldıracaqlarına söz verdilər. Və ictimailəşdirməyə ehtiyac qalmadı. “ENDİRİM” strategiyalarını da ümid edirəm müzakirəyə buraxıb dəyişərlər ki, mənim kimi müştərilər üz döndərməsinlər”,- deyərək aparıcı əlavə edib.