Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tanınmış jurnalist “rus dilində danışan körpələrin başını əzmək” istəyən müxbirə cavab verdi: “Öz adını ingiliscə yazıb…””

05.03.2020 12:21

“Deyəsən, azvision.az saytında pis bir ənənəyə start verilib. Əvvəlcə baş redaktor düşünülməmiş status yazır, bir müddət keçəndən sonra silir. Dünən isə saytın başqa bir əməkdaşı status yazır və ictimaiyyətin ciddi qınağından sonra həm statusu silir, həm də hesabını bağlayır. Deyəsən, tüpürdüyünü yalamaq prosesini brendə çevirmək fikrindədirlər”.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Rəhim Əliyev Azvision.az saytının əməkdaşı Hafiz Əhmədovun “Bakıda rus dilində danışan körpə görəndə başlarını it başı kimi əzmək istəyirəm”statusuna münasibət bildirərkən deyib.

“Bu adamcığaz mənə də dostluq atmışdı və mən də qəbul eləmişdim. İndi isə baxıram ki, hesabını yerli dibli silib. Bilmirəm, özü yazmışdı, ya növbətçi ifadədən istifadə edəcək – hesabımı hakerlər oğurlayıb yazmışdılar. Amma Hafizi ölkənin bütün idman jurnalistləri yaxşı tanıyırlar. Məşhur Ronaldinyo Bakıya gələndə 50 nəfər ƏSL FUTBOL jurnalistinin qatıldığı 500 nəfərlik mətbuat konfransında özünü öldürüb mikrafonu əlinə alaraq – “Bakıda ev almaq fikriniz varmı?” – sualını verən adamdan, sözün düzünü deyim ki, bundan başqa heç nə gözləmirdim. İnsan “Facebook”da öz hesabında adını ingiliscə yazıb, amma başqalarından dilimizdə danışmağı tələb edir. Allah insana cəza verəndə, birinci onun ağlını alır. Allah şəfasını versin”.