Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tanınmış Qarabağ veteranı Bakıda faciəvi şəkildə öldü

05.03.2020 12:21

Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.

Об этом сообщает Руспрес

A24.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın damından yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.

Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib.

Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.