Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tanınmış şair dünyasını dəyişdi

05.03.2020 12:21

Bu gün səhər saatlarında tanınmış şir Camal Yusifzadə dünyasını dəyişib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, şairin qəfil öldüyü bildirilir. Onun həyat yoldaşı bildirib ki, şair ürək xəstəliyindən əziyyət çəkirdi.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində doğulub. ADU-nun tarix fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Lənkəranda “Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi işləyib. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini, daha sonra baş redaktoru olub.
Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub.

Allah rəhmət eləsin.