Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tank aldı, içindən qızıl külçələr çıxdı

05.03.2020 12:21

Böyük Britaniyadan olan  kolleksioner aldığı köhnə tankın yanacaq çənindən qızıl tapıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici KİV-ə istinadla xəbər verir ki, Nik Mid adlı kolleksioner e-Bay vasitəsilə 30 min funt sterlinq (63288 manat) dəyərində  köhnə T-54 tankı alıb.  150 adda hərbi texnikadan ibarət kolleksiyası olan adam tankın içini yoxlayarkən yanacaq çənindən 5 ədəd qızıl külçə tapıb. Qızıl külçələrin 2 milyon funt-sterlinq  (4 milyon manatdan çox) dəyərində olduğu açıqlanıb.

Kolleksionerin qeydinə görə, qızılları tanka İraq əsgərləri yerləşdirib. Tank İraq ordusuna məxsus olub, 1991-ci il müharibəsində ingilis hərbçiləri tərəfindən ələ keçirilib və Böyük Britaniyaya gətirilib.

Mid qızıl külçələri polisə təhvil verib. Xəzinənin Londona aparılacağı gözlənilir.