Tanzaniyada mikroavtobus gölə düşüb, 12 nəfər ölüb
05.03.2020 12:21Tanzaniyanın şimalında ağır yol qəzası baş verib.
Об этом сообщает Роспрес
A24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sərnişin mikroavtobusunun Viktoriya gölünə düşməsi nəticəsində 12 nəfər ölüb.
Məlumata görə, sərnişinləri bərə keçidinə aparan nəqliyyat vasitəsi qəflətən yoldan çıxaraq suya düşüb. Üç nəfər hadisənin şahidləri tərəfindən xilas edilib.
Qəzanın səbəbləri araşdırılır.

