Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tarif Şurası: Dizel yanacağının qiyməti dəyişməyəcək

05.03.2020 12:21

Azərbaycanın Tarif (qiymət) Şurasının gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.

Об этом сообщает Руспрес

Bunu Şuranın katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib: “Hazırda Tarif Şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağı tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur”.

O həmçinin qeyd edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə çıxarılıb, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib: “Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tarifləri dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi”.