Tarix biliklərimizi sınağa çəkən qarışıq FAKTLAR
05.03.2020 12:21Dünyada bir çox kəşflər, faktlar var ki tarixlə üst-üstə düşmür. Zaman anlayışımızı və doğrularımızı sorğuladan bu cür kəşflər vaxt keçdikcə daha çox artmağa başlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az onlardan bir neçəsini sizə təqdim edir:
Nazca işarələri
Cənubi Peruda eradan əvvəl 300-cü və eramızın 600 cü illərinə aid işarələr tapılıb. 1930-cu illərdə kəşf olunan bu yazılar bitki və heyvan formasındadır. Həmin işarələrin bəzilərinin uzunluğu 200 metrə çatır. İllərdir sirri açılmayan bu işarələr elm adamlarını da təəccübləndirib. Bu işarələrin, dünyamıza gələn yadplanetlilər üçün eniş zolaqları, işarələri olduğunu da deyənlər var.
Piri Rəis xəritəsi
İstanbulda Topqapı sarayında 1513-ilə aid Piri Rəis xəritəsinin sirri hələ də məlum deyil. 1929-cu ildə məlum olub ki, Piri Rəis xəritələrində 16-cı yüzillikdə Antraktida əks olunub. Amma Antraktidaya 1818-ci ilə qədər ayaq basılmamışdı. Bəs həmin torpaqlar 16-cı əsrə aid xəritədə necə əks edilib?
Chou Chounun kəməri
Çində 1956-cı ildə eramızın 300-cü ilinə aid alüminium kəmər tapılıb. 19-cu əsrə qədər alüminium emal edilməyib. Amma Çin generalı Chou Chounun qəbrindən çıxarılan 85% -i alüminium olan həmin kəmər 15-ci əsrin əvvəllərinə aiddir.
Nan Madol şəhəri
19-cu əsrdə Mikronezya da 12-13-cü yüzilliklərə aid “Sakit okean Venessiyası” adlı şəhər kəşf olunub. Şəhərin 250 milyon tonluq nəhəng bazalt blokları mərcan qayalıqları üzərində inşa edilib. O vaxt bu cür möhtəşəm şəhəri inşa etmək üçün heç bir texmika yox idi. Bəs, bu şəhər necə salınıb?
Qarın deşən Cekin cinayətləri
Londonda 1888-ci ildə həyat qadınlarını öldürən qatil peyda olub. Qadınların qarnını yarararaq bağırsaqlarını tökən qatilin kim olduğunu polis tapa bilməyib. Hadisələr o dövrün mətbuatına “qarın deşən Cek” başlığı ilə düşüb.
“Rongorongo” yazısı
18-ci əsrin sonlarında Pasxa adasında kəşf olunan daş və taxta lövhələr üzərindəki yazıların sirri hələ də açılmayıb. İdeoqramlar və bir növ fonetik əlifbadan istifadə edilərək lövhələrə həkk olunan bu yazılar “rongorong” adlanır.
Roanoke koloniyasının tərk edilməsi
Şimali Karolinada Roanoke adasında ingilis koloniyaları qurulub. Koloniyalar 1587-ci ildə kəşf olunub. Koloniyadan çıxan Con Vit adlı şəxs üç il sonra ərzaqla geri döndüyü zaman koloniyanı tərk edilmiş halda görür. Koloniya sakinlərinin necə və hara yoxa çıxdığı isə hələ də məlum deyil.
Festos disqi
Disq 1908-ci ildə Festosda tapılıb. Eradan əvvələ aid olduğu düşünülən disqin üzərində kod şəkilli yazılar əks olunub. Alimlər çox çalışsa da, həmin kodları hələ də çözə bilməyiblər.
Misir təyyarəsi
Misirin Sakkara şəhərində 1898-ci ildə aerodinamik model tapılıb. Modelin eradan əvvəl 2000-ci ilə aid olduğu hesab edilir. Yerdən çıxarılan aerodinamik model, təyyarənin kəşfindən 4000 il əvvələ misirlilər tərəfindən yaradılıb. Sual yaranır ki, misirlilər uçmağı nə vaxtdan bilirdi?

