Tarixçələri özləri qədər təsirli olan musiqilər – ARAŞDIRMA
05.03.2020 12:21Daxilimizi genişləndirən, kədərli vaxtlarımızda yaxınımıza buraxdığımız yeganə dostumuz olan musiqilər necə yazılır? Əksəriyyəti sarsıntıdan yaranan bu əsərlərin bəzən tarixcələri özlərindən təsirli olur.
Об этом сообщает Руспрес
A24.Az özü qədər maraqlı tarixcələri olan bir neçə musiqi təqdim edir:
Bu mahnı Tbilisinin bütün güllərinin bir qadın üçün açdığı günün yadigarıdır.
Tbilisi. 1905-ci il. Qəzetlər Paris miniatür teatrı “Bel Vyu”nun müğənni, rəqqasə və aktrisası Marqarita de Sevrin Gürcüstanın paytaxtında konsert verəcəyi haqda anonslar dərc edir…
Qadının fotosunu ilk dəfə afişada görən rəssam Niko Pirosmani ona ilk baxışdan aşiq olur. (Onun məşhur “Aktrisa Marqarita” portreti də elə həmin günlərə təsadüf edir).
Niko kasıb idi. O, evini sataraq əldə etdiyi pulun hamısını qızılgül alır. O gün Tbilsinin bütün dükanlarının gülləri bir qadın üçün açmışdı; Marqarita de Sevr üçün…
Nikonun bu jesti o qədər böyük olur ki, rəssam bu böyüklüyün arxasında dura bilmir. Gülləri 9 arabaya yüklədib Marqaritaya yolladıqdan sonra dostları ilə əylənməyə gedir.
Marqarita bu güllərdən o qədər təsirlənir ki, rəssama görüş təklif edir. Lakin yaradıcı insan olduğundan və ilk addımın çox səs-küy yaratdığından Niko görüşü dəyərləndirə bilmir. Bəzi yazarların fikrincə isə rəssam görüşü dəyərləndirməyə cəsarət tapanda artıq Marqarita Tbilisidən uzaqlaşmışdı…
Bu sevginin təmənnasızlığı illər sonra SSRİ xalq artisti Alla Puqaçovavının ifasında eşidilən “Milyon alıx roz” mahnısında canlanır…
Digər maraqlı tarixcə isə milyonların sevimlisi olan türk müğənninin özündən də məşhur “Aşk hikayesi…” mahnısına aiddir. Hekayəsi də özü qədər maraqlı olan musiqi sarsıntının məhsuludur. Kayahanın körpə qızı Aslı Könül bir gecə 40 dərəcəyə yaxın qızdırmayla oyanır. Kayahan bunu bildikdə çox həyəcanlanır:
“Təcili yardıma zəng etməli idimmi? Onu özümmü xəstəxanaya çatdıracaqdım… Bilmirdim… Körpəmiz hər an ölə bilərdi… Bu qısa zaman ərzində beynimi anlaşmaz şəkildə elə bir musiqi sarmaşmışdı ki… Özümə bu musiqini düşündüyümə görə nifrət edirdim. Qızımın belə halında musiqi vaxtı deyildi. Amma bu musiqini düşünmədən də dura bilmirdim. Bəstələyəcəyim mahnının sədalarına uyğun ağlaya-ağlaya qızımı xəstəxanaya çatdırırdım
Müğənni tərəddüd içində deyir ki, bəlkə də o musiqinin bir hissəsi xəstəxananın həyəcanlı dəhlizlərində qaldı. “Əsas odur ki, qızıma heçnə olmadı”.
Daha sonra musiqiyə sevgi sözləri yazan müğənni demək olar ki, karyerasının şah əsərinə imza atır.
(Onun qızı Aslı Könülə həsr etdiyi musiqinin adı isə “Ninni”dir)
Kayahanın o kabus gecəyə borclu olduğu bu mahnını bəlkə də bir də dinləyəsiz…
“Sən gülüncə güllər açar…”
Barış Mançonun “Gülpəmbə”si ilə bağlı sənətçiyə sağlığında xeyli suallar verilirdi. “Mahnı kimə həsr olunub?”, “O insan kimdir”, “Gülpəmbə adı ilə əbədiləşən kimdir?”. Müğənni bütün bu suallara cavabında mahnını çox sevdiyi nənəsinə yazdığını deyir: “Nənəmin 16 nəvəsi var idi. Ən çox məni istəyirdi. 1957-ci ildə ramazan bayramında dünyadan köçdü. Onda mənim 13-14 yaşım var idi. Amma nənəmin təssüratı məni heç vaxt tərk etməyib. Çoxunun düşündüyü kimi “Gülpəmbə” gənc qız deyil. Düzdür, nənəm də gənc olub. Babamın ağlını başından ala bilibsə, ardını özünüz düşünün…”
Mahnı ilə bağlı digər versiyanı isə 2003-cü ildə “Sızıntı” junalı irəli sürürb. Jurnaldakı şərhə görə “Gülpəmbə” Məhəmməd Peyğəmbərə həsr olunub. Şərhçi bu iddiasında Peyğəmbərin sufizmdə “Gül” ilə assosiya olunmasını əsəs gətirib.
“Elfida”… “Yağmur gözlü, 8 yaşlı qızın faciəvi həyatı…”
Çoxu bu mahnının adını “Elvida” (Əlvida) olduğunu düşünr. Haluk Leventin bu mahnısının adı Osmanlıda ümidi üzülən qadına deyilən “Elfida” adı ilə bağlıdır. Kinoya sığmayan tarixi olan bir musiqi…
Haluk Leventin 4 yaşlı qızı Beyzanur ağır xəstəliklə mübarizə aparır. Haluk günlərlə xəstəxanada balacanın yanında olur. Günlərin bir günü həkimlər müğənniyə və qızın valideynlərinə qızdan ümidlərini üzməyi məsləhət görür.
Halukla xəstəxanaya gəlmiş musiqiçi dostu Əmrah Aydın “Osmanlıda ümidi üzülən qadına Elfida deyirlər”, – deyir.
Acı xəbəri aldıqdan sonra Haluk Levent bu mahnının sözləri üstündə çalışır.
Mahnının bəstəsi də Ömər Faruk Güneyə aiddir.
Haluk Levent mahnını hər gün Beyzanura oxuyurmuş, balaca qız mahnıya qulaq asırdı, ancaq Elfida adlı bir qıza həsr olunduğunu düşünürdü. Onda balaca bir qız uşağıydı, 8 yaşı təzə tamam olmuşdu.
Həmin ərəfədə müğənninin çox ciddi maddi problemləri varmış. Haluk Levent deyir ki, bir gün xəstəxana işçilərinə konsert verir. Beyzanura yaxşı baxmaları üçün onların təkliflərinə razı olur…
Həmin gün gecə vaxtı Beyzanurun yağış damcısına bənzər gözləri əbədi qapanır…
Bundan sonra Haluk Levent Beyzanurun valideynlərinə “Dünyaya daha bir uşaq gətirin”, – deyə yalvarır.
Bir il sonra Haluka həmin dostundan zəng gəlir:
– Qızımız oldu…
Haluk Levent:
– Adını Elfida qoyun…
İndi həmin Elfidanın doqquz yaşı var.
Sarsıntıların məhsulu olan daha bir əsər; Azərbaycanı dünyaya tanıdan əsər: Eldar Mansurovun “Melodiya”sı…
Eldar Mansurov: “Anam rəhmət getmişdi. Ağır itkidir. Bu zaman ani olaraq beynimə “Melodiya” gəldi. Mən onu heç pianoda çalmadım. Birbaşa nota yazmışam. Uzun müddətdən sonra ifa etmişəm. Sanki Allah onu mənim o halıma bəxş elədi, mənə bu acının əvəzi olaraq o melodiyanı verdi”.
Kim bilir neçənci dəfə, amma yenə də dinləyin:
Sərdar Amin

