Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tarixi şəxsiyyətlərin qarşısındakıları susduran müdhiş hazırcavablıqları

05.03.2020 12:21

Tarixdə yaşamış və yaşadığı dövrlərə izlərini qoyan dahi şəxsiyyətlər həmçinin də, hazırcavablıqları ilə də seçiliblər.

Об этом сообщает Футляр от виолончели

A24.Az onlardan bəzilərini təqdim edir:

Sokrat ölümə məhkum edilir. Arvadı ona: “Ədalətsiz, haqsız yerə öldürülürsən” deyərək ağlamağa başlayır.

Sokrat isə gülümsəyir: “Nədir, haqlı yerə ölməyimi istəyirdin?”

Qulaqları normaldan çox böyük olan Qalileo Qalileyi ələ salan bir nəfər ondan soruşur: “Ustad, qulaqlarınız bir insana nəzərən həddindən artıq yekə deyilmi?”

Qalileo başını qaldırıb adamı süzür. “Düzdür, haqlısan, mənim qulaqlarım bir insana nəzərən xeyli yekədir, bəs sənin necə? Sənin qulaqların bir eşşəyə görə çox kiçik deyilmi?”

Dramaturq Bernard Şou ilə siyasətçi Çörçilin sözləri həmişə “çəp gəlib”, onlar heç vaxt yola getməyiblər. Bernard Şou yazdığı bir pyes premyera gecəsində Çörçilə məktub göndərir. Məktubda yazılır: “Sizə iki nəfərlik dəvətnamə göndərirəm. Bir dostunuzla gələ bilərsiniz. Eh, əgər sizin kimi insanın dostu varsa…”

Çörçil isə öz növbəsində Şouya dərs keçir. O, məktuba cavab olaraq belə yazır: “Təəssüf ki, o gecə başqa bir adamla görüşüm var. Oyuna ikinci gecə gələ bilərəm. Eh, təbii ki, premyera ikinci gecə də keçirilsə…”

İspaniya kralı Napoleon Bonapart tərəfindən məğlub edilib, əsir alınmışdı. Hər şeyini itirmiş, lakin qırılmış qürurunu hələ də içində saxlayan kral Bonaparta belə deyir: “Siz sadəcə pul, qızıl və torpaq əldə etmək naminə müharibə edirsiniz. Halbuki biz qürur və namus üçün müharibədəyik”

Napoleon gülümsəyir: “Haqlısınız, kimin nəyə ehtiyacı varsa, onun üçün savaşır!”

Новости

Теги