Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tarixin ən yaxşı snayperləri – ARAŞDIRMA

05.03.2020 12:21

Müharibə və döyüşlərin ən gizli qəhrəmanlarından biri də snayperlərdir.

Об этом сообщает Руспрес

A24.az sizə tarixin ən uğurlu snayperlərini təqdim edir:

Thomas Plunkett

İrlandiyalı əsgər Thomas Plunkett tarixin ilk snayperi olaraq tanınır. Uzun lüləli tüfəngiylə fransız general Auguste François Marie de Colbert-Chabanaisi 800 metrdən vurması ilə məşhurlaşıb. Həmin dövrdə əsgərlər  hədəfi 50 metrdən vurması üçün ixtisaslaşmışdı. Buna görə də 800 metr böyük uğur kimi qeydə alınıb.

Sergeant Grace

ABŞ-ın Spotsylvania bölgəsində general John Sedvicki gözündən vurması ilə tanınıb. Atış məsafəsi olaraq 900 metr qeydə alınıb.

Chuck Mavhinney

Hələ uşaq vaxtından sıralarına qoşulduğu Amerika Dəniz Qüvvələrinin tərkibində 300-dən artıq düşmən əsgərini vurub. Bunlardan 103-ü rəsmi sənədlərdə qeyd olunub.

Rob Furlong

Furlong Əl-Qaidə əməliyyatlarından ən uzun məsafədən atış rekorduna sahibdir. Məsafə 2430 metr olaraq qeydə alınıb.

Vasili Zaytsev

Əslində Qızıl Orduda bir məmur olan Zaytsev könüllü olaraq qatıldığı müharibədə kəskin nişançılar arasında yer alıb. 1 ildə təxminən 242 faşist əsgərini nişan alaraq vurub.

Lyudmila Mykhailivna Pavlichenko

Rus ordusunun tərkibində döyüşən bir komandanın içərisində olan Lyudmila təxminən 3 ayda 187 faşisti vurub. Daha sonrakı atışma və döyüşlərdə isə 300-dən artıq əsgəri öldürüb.

Karlos Hathcock

Azyaşlı olarkən qatıldığı ABŞ Dəniz Qüvvələrində kəskin nişançı olaraq yetişdirilən Karlos tarixin ən əfsanəvi əsgərlərindən biri adlandırılır. O, təkbaşına kiçik bir birliyi öldürə biləcək qədər usta olub.

Adelbert F. Valdron

Çox önəmli bir döyüşdə düşmənin snayperini öldürərək birliyin qurtulmasını təmin edən Adelbert F. Valdron üzvü olduğu Amerika ordusunda önəmli yerə sahib olub. O, hərəkət vəziyyətində olan bir gəminin kapitanını vurmasından sonra məşhurlaşıb. 8 ayda 103 nəfəri öldürüb.

Francis Pegahmagabov

Dünyanın ən kəskin snayperi olaraq bilinən Francis ordu sıralarına I Dünya müharibəsi zamanı könüllü olaraq qatılıb. Ən çətin döyüşlərdə vuruşaraq 400 nəfərin ölümünə səbəb olub. Əsgərliyini bitirdikdən sonra izini itirən snayper bir daha heç görülməyib.

Simo Hayha

“Bəyaz Ölüm” ləqəbli Simo Finlandiya ordusu adına Rusiya ilə döyüşüb, -40 dərəcə soyuqda 700 nəfərin ölümünə səbəb olub. Buna görə, Finlandiyanın müharibə zamanı qürur mənbəyi olaraq anılır. 6 mart 1940-cı ildə bir rus əsgəri tərəfindən çənəsinin altından vurulub. Əsgər yoldaşları tərəfindən tapılanda üzü parçalansa da, ölməyib. 13 mart tarixində özünə gəlib və bu tarix barışıq müqaviləsinin imzalanması günü olub.