Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tarkan dünyanın musiqi siyahılarını zəbt etdi

05.03.2020 12:21

7 illik fasilədən sonra “10” adlı albom çıxaran Tarkan dünya musiqi siyahılarında hər kəsi geridə qoyub.

Об этом сообщает Руспрес

Saytımızın əldə etdiyi məlumata görə, sonuncu dəfə 2010-cu ildə “Adımı Kalbine Yaz” albomunu çıxaran Tarkan 7 ildir sevənləri tərəfindən maraqla gözlənilən yeni pop albomunu, nəhayət heyranlarının ixtiyarına verib. “Mega Star”ın 15 iyun tarixində çıxardığı 10-cu albomu “10” çıxar-çıxmaz həm Türkiyə, həm də dünya musiqi siyahılarında zirvələri zəpt edib.

Albom “iTunes”in ən çox yüklənən albomlar sırasındadır. Bir çox ölkələrdə də birinci yerdə olan Tarkan Azərbaycan, Bəhreyn, Səudiyyə Ərəbistanı və Özbəkistanda ən çox dinlənənlər arasında olmağı bacarıb.

Həmçinin Tarkan Ed Sheeran, Katy Perry, Coldplay, Justin Bieber kimi dünya ulduzlarının yerləşdiyi siyahının 37-ci sırasında qərarlaşıb.

Firuzə Alimova