Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Tartışma”nı, “Dartışma”, “Bağımsızlığ”ı, “Baxımsızlıq” yazırlar – Nizami Cəfərov üsyan etdi

05.03.2020 12:22

“Məlumatlı olmadıqları üçün “Tartışma”nı, “Dartışma”, “Bağımsızlığ”ı, “Baxımsızlıq” yazırlar.

Об этом сообщает Руспрес

Bunu A24.Az-a  Milli Məclisin deputatı, Filologiya elmləri doktoru  Nizami Cəfərov, Türkiyə türkcəsindən dilimizə yanlış tərcümlərin edilməsinə münasibət bildirərkən deyib.

“Sözləri formal şəkildə götürürlər və mənasını dərk etmirlər. İki dil arasında elə sözlər var ki, eyni cürdür amma ayrı mənaları ifadə edir. Saytlar elədir ki, onlara nəzarət etmək çətindir. Peşəkarlıq, lüğət və məlumatlılıq olmalıdır”- deyə Nizami Cəfərov  bildirib.

Millət vəkili bəzi şəxslərin bunu qərəzli şəkildə etdiklərini bildirib.

“Elələri də var ki, Türkiyə türkcəsinin bizə  necə yad olduğunu göstərmək üçün qərəzli məqsədlərlə bunu edirlər. Ümumilikdə biyabırçılıq heç zaman cavabsız qalmır. Bu da mədəniyyətsizliyin bir nümunəsidir. Mədəniyyətsizlik , məsuliyyətsizlik etmək,  bunlar istər-istəməz dilə də aiddir. Ciddi şəkildə qınanmalıdır”.

Nərmin Kərim