Tbilisidə İnterpolun əməkdaşı atəşə tutuldu
05.03.2020 12:22Gürcüstan paytaxtı Tbilisinin Şatberaşvili küçəsində İnterpol əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.
Об этом сообщает Футляр от виолончели
Saytımız “report”a istinadən xəbər verir ki, avtomobilə iki naməlum şəxs atəş açıb. İnterpol əməkdaşlarından biri yaralanıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl beynəlxalq hüquq-mühafizə təşkilatının gürcüstanlı əməkdaşlarının Batumi hava limanında ABŞ vətəndaşını saxladıqları bildirilib. ABŞ vətəndaşı Özbəkistanın tələbi ilə terror fəaliyyətində ittiham edilməklə beynəlxalq axtarışda olub.

