Təcavüz etdikdən sonra evləndiyi qadının əvvəlcə başını kəsdi, sonra 27 dəfə…
05.03.2020 12:22A24.az xəbər verir ki, Türkiyənin Bodrum rayonunda keçmiş həyat yoldaşı tərəfindən öldürülən Gizem Olgunun 3-cü məhkəmə iclası keçirilib. Keçmiş həyat yoldaşının boğazını kəsib, 27 bıçaq zərbəsi vuraraq öldürən Mert Torpaq ilk ifadəsində yer alan “vəhşicəsinə öldürmək” və “planlaşdıraraq öldürmək” fikirləri dəyişərək “qəsdən öldürməklə” əvəzlənib.
Об этом сообщает Футляр от виолончели
Yalıkavak məhəlləsində yaşayan bir uşaq anası 25 yaşlı Gizem Olgunu amansızcasına öldürən Mərd Torpaq 9 il evli olduğu həyat yoldaşından bu ilin yanvar ayında boşanıb. Mart ayında isə Gizem Olgunun işlədiyi mebel mağazasına hücum edərək qətl hadisəsini törədib.
Məhkəmənin son iclasındakı dəyişiklik Olgunun ailəsini və yaxınlarını kədərə boğub. Məhkəmədə ifadə verən Mərd Torpağın qardaşının ifadəsi də ürək bulandırıb. X.Torpaq hadisə baş verməmişdən öncə Gizem Olgunun `”kimsəsiz yerdə bir avtomobildə bir kişiylə əlaqəyə girdiyini” iddia edərək maşının onları görəndə qaçdığını, sonra Mərd Torpaq ilə evə gedib yatdıqlarını, səhər oyananda isə qardaşını görmədiyini, qətl xəbərini aldığını söyləyib.
Gizemin atası isə bu ifadədən sonra əsəbiləşərək qızına böhtan atıldığını deyib: “Bu adam ən ağır şəkildə cəzalandırılmalıdır. Qızım yaşamadığı üçün özünü müdafiə edə bilmir. Məhkəmədə yalan ifadələr verilib. Etdikləri çox acıdır. Bir ata kimi bu vəziyyətə çox təəssüf edirəm” deyib.
Cinayət işinə Ailə və Sosial Siyasət Nazirliyinin vəkili Burak Murad Bayoğlu isə cinayətin planlaşdırılaraq həyata keçirildiyini və “Whatsapp” yazışmalarında da təhdid, şantaj olduğunu, qətlin vəhşicəsinə həyata keçirildiyini söyləyib. Vəkil Bəyoğlu Torpağın ən ağır şəkildə cəzalandırılmasını tələb edib.
Cinayət işini izləyən Bodrum Qadın Həmrəylik Platformasının sədri Figan Erozan davanın sonuna qədər izləyəcəklərini bildirib: “Torpağ razılaşdırılmış şəkildə ayrılmalarına baxmayaraq Olgunu öldürdü. Gizem onsuz da təcavüz edildikdən sonra evlənmək məcburiyyətində qalmışdı. 9 illik evlilikdən sonra razılaşdırılmış şəkildə boşanmışdılar. O şəxs qızı vəhşicəsinə və alçaqcasına öldürdü”.
Məhkəmə heyəti növbəti məhkəmə iclasını 21 dekabra təxirə salaraq Mərd Torpağın həbs halının davam etməsinə qərar verib.

